Ru
14:23 / 15 İyul 2018

Azərbaycanlı siyasətçi Putinin yanında işləyəcək - TƏYİNAT

2919
Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumətin vitse-premyeri Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib.


BakuPost Virtualaz.org-a istinadən xəbər verir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilib.


Qeyd edək ki, F.Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. Texnika elmləri namizədidir. 2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. "Kaustik” QSC, "Soda” ASC, "Başneft” və "Birləşmiş neft-kimya şirkəti” ASC şirkətlərində top-menecer işləyib. 2017-ci ilin yanvarında Başqırdıstan hökumətində vitse-premyer təyin olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər