Ru
16:59 / 26 İyul 2017

Azərbaycanlı qadın Türkiyədə bankdan külli miqdarda pul oğurladı - FOTO

1130
Türkiyədə bankın ölən müştərilərinin adından istifadə edərək, hesabdakı pulları çıxaran fırıldaqçı şəbəkə yaxalanıb. 3 ilə 5 min ABŞ dolları qarşılığında pul çəkən "dublyor”lardan olan Gülər ​​İslam qızı adlı qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.


Milli.az xəbər verir ki, azərbaycanlı olduğu iddia edilən Gülərin yaşadığı evə baxış zamanı müxtəlif cür narkotik tərkibli preparatlar, tüfəng aşkar edilib. Mobil telefonuna baxış zamanı ona aid intim videolar tapılıb.


Qeyd edək ki, bankın rəhbər vəzifəsində çalışan Sadiq Düzenli şəbəkənin cinayət işində əsas pay sahibi olub. Belə ki, Sadiq Düzenli dünyasını dəyişən müştərilərin hesab və fərdi məlumatlarını dəstə üzvlərinə ötürüb.


Şəbəkənin aldığı bu məlumatlarla insanları analiz edərək hesabı olan müştərilərin "dublyor”larını tapdıqdan sonra saxta şəxsiyyət vəsiqəsi çıxararaq, İstanbuldakı bank şöbələrindən pul çəkməsini təmin etdikləri ortaya çıxıb.


İstintaq yekununda şəbəkənin banka 6 milyon lirə ziyan vurduğu məlum olub.


Şəbəkə üzvlərinin siyahısı: Sadiq Düzenli, "dublyor”lar - Rəşid Özyalçın, Qədr Tandoğan, Gülər İslam qızı və Sami Öztürk.

 

BakuPost

 






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər