Ru
10:21 / 30 May 2018

Azərbaycanlı milyarderin menecerləri tutuldu - SİLSİLƏ HƏBSLƏR GÖZLƏNİLİR

2933
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "Lukoyl” və "Rosneft”in bir neçə menecerini həbs edib.


BakuPost musavat.com-a istinadən xəbər verir ki, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.


Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.


Əməliyyat nəticəsində ilk olaraq "Rosnef- Stavropol”un top-meneceri və "Lukoyl"un bir neçə meneceri yaxalanıb. 


Bundan sonra "Rosneft”dən Oleq Kolpakov, "Lukoyl”dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində "mütəşəkkil cinayətkar dəstə yaratmaq” və "külli-miqdarda dələduzluq” maddəsiylə cinayət işi başlanılıb.


Həbslərin davam edəcəyi gözlənilir.
Azərbaycanlı milyarderin menecerləri tutuldu -  SİLSİLƏ HƏBSLƏR GÖZLƏNİLİR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər