Azərbaycanlı kişi 2 uşağının anasını fahişəliyə məcbur etdi - Ölümlə hədələdi/ VİDEO

1296
Bakıda yaşayan və ibtidai sinif müəlliməsi işləyən 30 yaşlı Sevinc Kərimova 5 il əvvəl boşandığı əri tərəfindən fahişəliyə məcbur edilib. Qadın imtina etdikdə isə ölümlə hədələnib.

BakuPost qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir iddia ilə S.Kərimova çıxış edib. Qadının sözlərinə görə, reklam agentliyi sahibi olan və Türkiyədə yaşayan 34 yaşlı eks həyat yoldaşı Elmir A. bir ay əvvəl "təkrar evlənək” deyərək onu 8 və 6 yaşlı iki uşağı ilə Antalyaya aparıb:

"Keçmiş ərimdən şiddət gördüyüm üçün ayrılmışdım. Çənəmi və dişimi qırmışdı. Bu səbəbdən Azərbaycanda 1 il həbs yatmışdı. Bir ay əvvəl yanımıza gələrək "Sizin başınızda duracağam. Uşaqlarıma baxacağam. Hər şey çox gözəl olacaq, əşyalarını sat, Antalyaya gəl” dedi. İnandım, gəldim, amma bir müəllimə olaraq söyləməyə utandığım şeylərlə qarşılaşdım”.

Sevincin sözlərinə görə eks-əri evə yad kişilər gətirərək onu fahişəliyə cəlb etmək istəyib. Qadın iki uşağı ilə özünü otağa kilidləyərək təcavüzdən xilas ola bilib.


Elmir A. fahişəlik etmək istəməyən gənc qadını iki uşağının gözü önündə dəfələrlə döyüb, daha sonra saçlarından tutaraq binanın 11-ci mərtəbəsindən atmağa çalışıb. Keçmiş ərinin əlindən qurtulan qadın qonşulara sığınıb. Azərbaycanın Antalya və İstanbuldakı konsulluqlarına zəng edən qadın ölkəsinə dönmək üçün yardım istədiyini, lakin "bizim belə xidmətimiz yoxdur” cavabını aldığını söyləyir.

Daha sonra Sevinc polisə müraciət edib və Elmir A. haqqında uzaqlaşdırma qərarı çıxarılıb, cinayət işi açılıb.

Hadisədən sonra qaçan Elmir A.-nın Türkiyədə başqa bir azərbaycanlı qadınla evli olduğu ortaya çıxıb.

İki uşağı ilə ortada qalan azərbaycanlı qadına qonşular sahib çıxıb. Onun avtobus biletini alaraq Azərbaycana qayıtmasına yardım ediblər.
 
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər