Ru
14:51 / 20 Yanvar 2017

Azərbaycanlı hakimlər Antalyada 4 oyun idarə edəcək

766
Türkiyənin Antalya bölgəsində qış hazırlığını davam etdirən azərbaycanlı futbol hakimləri bu gün daha 4 oyun idarə edəcək.

 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlər Bolqarıstan, Qazaxıstan, Özbəkistan və Almaniya klublarının oyununda olacaq.


20 yanvar


"Slaviya" (Bolqarıstan) – "Irtış" (Qazaxıstan)


Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vaqif Musayev


"Okjetpes" (Qazaxıstan) – "Montana" (Bolqarıstan)


Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Elşad Abdullayev


"Şaxtyor" (Qazaxıstan) - "Nasaf" (Özbəkistan)


Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, Mehman Mahmudov


"Akjayık" (Qazaxıstan) – "SV Meppen" (Almaniya)


Hakimlər: Kərim Kərimov, Mübariz Haşımov, Zeynal Zeynalov


Qeyd edək ki, hakimlər ayın 11-dən start götürən təlim-məşq toplanışında bugünədək 26 oyun idarə edib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər