Ru
14:28 / 20 Sentyabr 2018

Azərbaycanlı gənc Rusiyada deputat seçildi

4528
Azərbaycanlı Rusiyanın Tuva Respublikasının paytaxtı Qızılın şəhər şurasının 5-ci çağırışında deputat seçilib. 


BakuPost Oxu.az-a istinadən xəbər verir ki, Tuva Respublikasının karate federasiyasının sədri, respublikanın yığma komandasının baş məşqçisi, məşhur idmançı və tanınmış ictimai xadim, Rusiyadakı Azərbaycan diasporunun fəalı Çingiz Əliyev Rusiya Federasiyasında qanunverici orqanlara keçirilən seçkilərdə deputatlıq adını qazanan Taleh Mahmudov (Krasnoyars), Bəhruz Qumbatov(İjevsk) və Əliş Məmmədovdan (Yakutiya) sonra dördüncü azərbaycanlı olub. 


Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1999-cu ildən isə Tuva Respublikasında yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 


Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır, Tuva Respublikasında karate federasiyasının banisidir. 


Əlavə edək ki, həmyerlimiz Rusiya Federasiyasında keçirilən bir çox ictimai tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlarla təltif edilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər