Ru
17:38 / 02 May 2017

Azərbaycanlı diaspor rəhbəri və Xalq artisti ermənilərin anım tədbirində! - FOTO

11886
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasov da iştirak edib.


Bu iddia ilə Ukraynada fəaliyyət göstərən diaspora nümayəndələrindən biri "Bizim Yol”a bildirib. Mənbə həmin tədbirdə çəkilmiş fotogörüntüləri də göndərib. 


"Qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirak etdiklərinə görə onlara sərt reaksiya göstərən azərbaycanlıları Rövşən Tağıyev "ictimai fahişə” adlandırıb. Onu da bildirim ki, R.Tağıyevin ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılması fotoları mətbuatda yayılaraq Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. O isə mətbuata açıqlama verərək bunu vecinə almadığını, Aşot Avanesyanla yaxından dost olduğunu bildirdi. Hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəklədi. Bu R.Tağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə oldu”,-deyə mənbə bildirib.




Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iddialara cavab vermək istəməyib.

 

Qeyd edək ki, Rövşən Tağıyevin ermənilərlə işbirliyi, dostluq əlaqələri ilə bağlı mətbuatda materiallar yayılıb. Həmin materialların bir qısmi ilə aşaqıdakı linklərdən tanış ola bilərsiz:  





Bakı Post
Azərbaycanlı diaspor rəhbəri və Xalq artisti ermənilərin anım tədbirində! -  FOTO
Azərbaycanlı diaspor rəhbəri və Xalq artisti ermənilərin anım tədbirində! -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər