Azərbaycanlı ailə 4 yaşlı qızlarını porno videoya çəkdi - Dünya şokda

6960
Dörd yaşlı qızlarını porno videoya çəkərək pul qazanan Ukrayna vətəndaşları olan azərbaycanlı ailə Avstraliya polisi tərəfindən ifşa olunub.

BakuPost Azadinform-a istinadən xəbər verir ki, hadisə Ukraynanın Poltova və Kirvoy-Roq şəhərlərində baş verib. Əslən azərbaycanlı olan 30 yaşlı Həşimov Qədir Məmməd oğlu 29 yaşlı həyat yoldaşı ilə birgə (ər və arvad həm də qohumdurlar) 4 yaşlı qızlarını öz evlərində porno videoya çəkərək Orta Asiya və Avstraliyadan olan pedofillərə hesablarına pul ödəmək qarşılığında satırmışlar. Videoların izinə düşən Avstraliya polisi izi Ukraynaya qədər sürdürüb və bu ölkənin polisinə müraciət edib. 

Ukrayna polisi isə öz növbəsində bu videoları yayan şəxslərin axtarışına başlayıb və proses iki həftə davam edib. Axtarıldıqlarını hiss edən azərbaycanlı ailə Poltova şəhərindən Ukraynanın Kirvoy-Roq şəhərinə köçüb və iyrənc əməllərini burada da davam etdiriblər. Onlar yenə də azyaşlı qızlarını porno videoya çəkməkdə davam ediblər.  

Nəhayət iki həftədən sonra Ukrayna polis tərəfindən həbs olunan ata və ana ilə bağlı Poltova şəhər məhkəməsi həbs-qəti imkan tədbiri seçib. Onlar məhkəməyə qədər heç bir pul müqabilində azadlığa buraxıla, zaminə götürülə bilməzlər. 

Ukrayna polisi uşaqları təhvil vermək üçün azərbaycanlı ər və arvadın Azərbaycandan olan qohumlarını axtarır. Hazırda uşaqlar Poltovadakı Reabiltasiya Mərkəzinə yerləşdirilib. 

Hadisəyə münasibət bildirən Ukrayna Kibercinayətlərə Qarşı Mübarizə İdarəsinin rəis müavini Aleksandr Palamarçuk bildirib ki, belə videoların qiyməti adətən 50-100 dollardır. 

Qeyd edək ki, Azərbaycanlı ailənin Kirvoy-Roqda yaşadığı binanın sakinləri hadisənin şokunu yaşayırlar. Bu hadisə Ukraynada və dünyada böyük rezonans doğurub.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər