Ru
10:25 / 26 May 2018

Azərbaycanın “İnterpol”a verdiyi şəxs İstanbulda şirkət açdı - FOTO

2552
Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi və İnterpol xətti ilə axtardığı iş adamı İstanbulda şirkət açıb. Üstəlik, məlum olub ki, İnterpol tərəfindən beynəlxalq axtarışa verilsə də heç kim ondan heç nə soruşmur.


BakuPost virtualaz.org-a istinadən xəbər verir ki, 45 yaşlı Türkiyə vətəndaşı Burak Bilgili Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün barəsində qaldırılmış cinayət işi əsasında "İnterpol”a verilib. Buna baxmayaraq həmin şəxs ötən il İstanbul Kadıköydə şirkət açıb. "Sözçü” qəzetinin əməkdaşı şirkətin telefon nömrələrinə zəng vuraraq Burak Bilgili ilə danışıb. "Sizi Azərbaycanda axtarırlar?” - jurnalist ondan soruşub.


Burak Bilgili əvvəlcə deyib ki, axtarışa verilən şəxs o deyil, təkcə  ad-soyad eynidir. Amma o, Azərbaycanda bir müddət bizneslə məşğul olduğunu da deyib. Jurnalist İnterpol-un axtarış dosyesindəki digər məlumatların Burak Bilgilinin məlumatları ilə üst-üstə düşdüyünü xatırladanda o, axtarışa verildiyini etiraf edib.


"Necə olur ki, "İnterpol” tərəfindən axtarıldığınız halda İstanbulda şirkət qurub bizneslə məşğul olursunuz?” - jurnalist sual edib. Burak Bilgili bunları deyib: "Azərbaycanda bizneslə məşğul olmuşam. Burada isə məndən heç nə soruşan olmadı”.


Qəzet vurğulayır ki, bu və digər bu kimi faktlar "İnterpol” xətti ilə şübhəlilərin axtarışının nə dərəcədə effektiv qurulduğuna dair suallar yaradır.

Azərbaycanın “İnterpol”a verdiyi şəxs İstanbulda şirkət açdı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər