Ru
12:39 / 09 Dekabr 2016

Azərbaycanın dollardan imtina məsələsi gündəmdə - Nələr ola bilər?..

3350

"Azərbaycanın dollardan imtina edərək, ticarət əməliyyatlarnı
milli valyuta ilə aparması məqsədəuyğun deyil”.

Bunu BakiPost.az-a açıqlamasında iqtisadçı ekspert
Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanın dollara tələbatı
olduğu üçün ticarət əməliyyatlarını xarici valyuta ilə aparması lazımdır:
"Türkiyə tərəfi birmənalı şəkildə milli valyutadan istifadə etməklə xarici
ticarət əməliyyatlarını aparmağa çalışır. Amma nəzərə almaq lazımdır ki, milli
valyutalarla əməliyyatların aparılması orta və uzunmüddətli prosesdir. Bu isə
Azərbaycanın maraqlarına uyğun deyil. Xüsusən Azərbaycanda dollara olan tələbi
nəzərə alsaq ölkəmiz üçün daha vacib məqam məhz əməliyyatların xarici valyuta
ilə aparılmasıdır. Çünki Azərbaycan ixracatını artırmaq istəyir. Ölkəmiz
ixracatını artırmaqla daha çox valyutanın ölkəyə daxil olmasını istəyir.


Digər tərəfdən əgər milli valyuta ilə ixrac həyata
keçirilirsə, ixrac etdiyimiz məhsulları ölkələr öz pulu ilə ödəyirsə, bu,
dollara tələbin ödənilməsində çətinlik yarada bilər. Eyni zamanda həddindən
artıq valyuta təminatı kimi prinsiplərin reallaşmasına mənfi təsir göstərə bilər”.




Vüqar Bayramov vurğulayıb ki, praktiki olaraq
dollardan imtina etmə halları olub:
"Amma bu halların olmasına baxmayaraq
reallıqda onların heç biri uğurlu olmayıb. Əvvəlki dövrlərdə, xüsusən də Latın
Amerikası ölkələrində dolların imtina edilməsi məsələsi gündəmdə idi. Həmin ölkələrdə
dollardan imtina edilməsi üçün çalışılırdı. Amma bu reallaşmadı. Çünki dünyada
yığımların 64 faizi dollarla, 22 faizi isə avro ilə həyata keçirilir”.


İqtisadçı qeyd edib ki, əgər dollardan imtina edilsə,
bu, qısa müddətli effektə malik ola bilər:
"Uzunmüddəli dövrdə bunun effektli
olması gözlənilmir. O baxımdan Azərbaycan üçün ixracatın indiki məqamda dollara
olan tələbini nəzərə alsaq ticarət əməliyyatlarının dollar ilə aparılması məqsədəuyğundur.
Çünki Azərbaycanın dollara ehtiyacı var. Əməliyyatların dollar ilə aparılması
daha vacibdir”.


Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın dollardan imtina edərək, ticarət əməliyyatlarının milli valyuta ilə
hesablanması təklifi reallaşmaq üzrədir.


Türkiyə mətbuatının yazdığına görə, artıq bir sıra
ölkələrlə ticarət əməliyyatlarının milli valyutalarla aparılması üçün
danışıqlar rəsmi səviyyədə başlayıb. Bu ölkələr arasında Azərbaycan da yer
alır.


Sevinc Yasinqızı

Bakı Post

Azərbaycanın dollardan imtina məsələsi gündəmdə -  Nələr ola bilər?..
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər