"Azərbaycanı rüşvətxorluqda günahlandırmaq belə korrupsiyadır"

746
"Bu gün Azərbaycan demokratiya yolu ilə gedir və Avropa dəyərlərinə həmişə üstünlük verib". 

Bakupost "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı bildirib. 

O, azərbaycanlı olduğu üçün fəxr etdiyini deyib: "Bu hesabatda mənim adım da çəkilib və rüşvətxorluqda günahlandırılıram. Mənim ölkəmi rüşvətxorluqda günahlandırmaq belə korrupsiyadır. Siz bir ay bundan əvvəl bu zalda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanı qəbul etdiniz, onu alqışladınız. Ancaq bu gün xalq onun ölkənin baş naziri olmasına etiraz etdi, istefaya getməsinə nail oldu". 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər