Ru
19:51 / 24 Sentyabr 2018

Azərbaycandan olan pəhləvan qardaşlar rusları heyran etdi - VİDEO

2730
Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu "Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar Hüseyn və Laçın Əbdülhüseynovlar olublar.


BakuPost xəbər verir ki, onlar göstərdikləri şou ilə tamaşaçıları təəccübləndiriblər.


"Biz layihəyə ona görə gəldik ki, əsl kişilərin heç nədən qorxmadığını göstərək”, - deyə qardaşlar efirdə bildiriblər.


Proqramın aparıcısı Leonid Yakuboviç söyləyib ki, bundan sonra Əbdülhüseynov qardaşlarını kim görsə, onların ağlına Azərbaycan gələcək:


"Alimlər, müğənnilər, rəssamlar, aktyorlar öz ölkələrini məşhur edir. Ancaq mən əminəm ki, bundan sonra kimsə Azərbaycanın adını çəkəcəksə, o zaman bu iki qardaş ağıllara gələcək, yaxud da bunun əksi baş verəcək”.


Qeyd edək ki, Əbdülhüseynov qardaşları bundan öncə başqa bacarıq yarışmalarında da iştirak edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər