Ru
15:10 / 19 Mart 2018

Azərbaycandakı rusiyalılardan nə qədəri Putinə, neçəsi Sobçaka səs verib?

2809
Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb.


BakuPost xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində yer alan məlumata görə, səfirlikdə açılmış səsvermə məntəqəsində 1517 Rusiya vətəndaşı iştirak edib.


Səsvermənin nəticəsinə əsasən Baburin S.N. 5 səs (0,33 faiz), Qrudinin P.N. 119 səs (7,92 faiz), Jirinovski V.V. 35 səs (2,33 faiz), Putin V.V 1252 səs (83,3 faiz), Sobçak K.A. 57 səs (3,79 faiz), Suraykin M.A. 7 səs (0,47 faiz), Titov B.Y 11 səs (0,73 faiz) və Yavlinski Q.A.17 səs (1,13 faiz) toplayıb.


Bildirilir ki, səsvermə prosesi ilə bağlı səfirliyə heç bir şikayət daxil olmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər