Ru
18:57 / 09 Dekabr 2016

Azərbaycanda turizm sektorunda 150 min əlavə iş yeri yaradılacaq

956
Azərbaycanda 2025-ci ilə qədər ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 150 min əlavə iş yerinin yaradılması nəzərdə tutulur.


Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.


Qeyd olunur ki, vətəndaşlar üçün iş yerlərinin yaradılması daim dövlətin prioritetlərindəndir. Lakin bəzi sektorların iqtisadi təsir imkanları digərləri ilə müqayisədə daha genişdir. İxracın şaxələndirilməsi üçün ticari mal vəxidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir. Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da, adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər