Ru
12:25 / 22 Fevral 2017

- Qiymətlər niyə birdən-birə artıb? Azərbaycanda toyuq əti ajiotajı

2984

İki gündür ki, Azərbaycanda toyuq ətinin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Əhali toyuq ətinin qiymətinin 1 manatdan çox bahalaşdığını bildirsə də, Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məlumatları təkzib edib. Bildirib ki, firmalar heç bir qiymət artımına getməyib,və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı kənd təsərrüfatı
üzrə ekspert Vahid Məhərrəmovla əlaqə saxlayıb. Ekspert son iki gündə toyuq ətinin
qiymətinin 20 faizə qədər artdığını deyib.


Onun sözlərinə görə, bu artımın bayram qabağı bir az
da davam etməsi gözlənilir:
"Yumurtanın da qiymətində artım var. Bu sahədə
çalışan sahibkarlar mövcud vəziyyətdən, ya da bayramqabağı istehlakçıların və
müştərilərin bu məhsullara tələbatının daha çox artacağını nəzərə alaraq belə
addım atıb. İndi də qiymət artımı hesabına çox gəlir əldə etmək istəyirlər.
Bunun da ola bilsin ki, iqtisadi əsası var. Biz bunu dəfələrlə demişik. Toyuq və
yumurta istehsalında idxaldan asılılığımız var. Genetik materiallar, yem
komponentləri, dərman preparatları istehsal avadanlıqlarının hamısı xaricdən gətirilir.
Bu da malın, məhsulun maya dəyərini artırır”.


Ekspert qeyd edib ki, bayramdan sonra toyuq ətinin və
filesinin qiymətində enmə olmayacaq:
"Bir çoxları bu qiymət artımının bayramdan
sonra düşəcəyini hesab edir. Amma mən tam əksini düşünürəm. Hesab edirəm ki,
bayramdan sonra da toyuq ətinin qiyməti artacaq”

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər