Ru
17:40 / 06 Dekabr 2016

- RƏİSİN GƏLİNİNİ QAÇIRDILAR Azərbaycanda şok olay

11906

ÖLKƏDƏ ŞOK HESAB OLUNA BİLƏN
HADİSƏ BAŞ VERİB: RƏİS OĞLUNA NİŞANLI OLAN QIZ SATICI İŞLƏYƏN BİRİNƏ QOŞULARAQ
QAÇIB, RAYON QARIŞIB...


Azərbaycanda polis rəisinin
gəlini qaçırılıb.

BakiPost.az-a daxil olan məlumata
görə, hadisə 1 gün əvvəl baş verib. Belə ki, rayonlardan birinin polis rəisinin
(adını etik qaydalara zidd olduğu üçün açıqlamırıq) oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin
oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının
olacağı gözlənilirmiş. Lakin rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan
olan idmançı bir oğlanla qaçmaq qərarı verib.

Onların bu əməlindən xəbər
tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib.
Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb
olunur.

Məlumat üçün bildirək ki,
rəisin gəlini Ağcabədidə fəaliyyət göstərən restoranlardan birinin sahibinin
qızıdır. Maraqlı məqam bundan ibarətdir ki, iş adamının qızı rəis oğluyla deyil,
Ağcabədi bazarında atasıyla birlikdə satıcılıq edən bir şəxslə ailə qurmağa
qərar verib.

Qeyd: rəisin və oğlunun,
eləcə də qızın atasının adı bizə bəlli olsa da, müəyyən etik çərçivələrə görə yazmırıq.

 

Bakı Post
 - RƏİSİN GƏLİNİNİ QAÇIRDILAR Azərbaycanda şok olay
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər