Ru
13:03 / 23 Fevral 2018

“Azərbaycanda siyasi məhbus yoxdur”

2914
Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi kütləvi informasiya vasitələrindən narazılıq edib.


BakuPost-un APA-ya istinadən məlumatına görə, o qeyd edib ki, müəyyən mətbuat orqanları yanlış məlumatlar yayır.


"Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb”, - deyə S. Novruzov bildirib.


O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir proses olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: "İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.


Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlər bəzi mətbuat orqanlarında müəyyən məsələlər təhrif olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər