Ru
13:41 / 24 Aprel 2017

Azərbaycanda şahid məhkəmə zalında həbs edildi

1044
Məhkəmədə şahid qismində dindirilən şəxs həbs edilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun işinə baxılıb.

 

İş üzrə şahid qismində Nəsimi Hüseynov dindirilib.

 

Şahid dindirilən zaman hakimin suallarına kobud cavab verib.

 

Bu zaman hakim Rauf Əliyev şahid Nəsimi Hüseynovun hakimə qarşı hörmətsizlik etdiyini əsas gətirərək ona 48 saatlıq həbs cəzası verib.

 

Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər