Ru
23:02 / 23 Aprel 2018

Azərbaycanda rektordan təqdirəlayiq addım - Bu tələbələrə ikiqat TƏQAÜD!

3997
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli təqdirəlayiq təşəbbüslə çıxış edib.


BakuPost xəbər verir ki, rektor ATU-nun valideyn himayəsindən məhrum tələbələrinə ikiqat təqaüd verilməsinə nail olub. Universitetin sosial şəbəkədəki hesabında yayılan məlumata görə, G. Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb. 18 yaşından sonra valideyn dəstəyindən məhrum olan tələbələrə Təqaüd Fondu hesabına əlavə yardım olunur. Bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir. 


""Təhsil haqqında” AR qanununa əsasən, 18 yaşına qədər valideyn himayəsindən məhrum olan uşaqlar 23 yaşına qədər bir çox imtiyazlardan yararlana bilirlər. Azərbaycan Tibb Universiteti isə 18 yaşından sonra valideyn himayəsindən məhrum olan tələbələri (23 yaşınadək) dəstəkləyir”, - deyə ATU-nun yaydığı məlumatda bildirilir. 


O da qeyd olunur ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər