Ru
14:56 / 09 Dekabr 2016

Azərbaycanda pensiya yaşı qaldırılır? - Açıqlama

3943

"Azərbaycanda
pensiya yaş həddinin növbəti dəfə qaldırılması ilə bağlı qərar verilməyib”.


Bu barədəBakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə, mətbuatda bununla bağlı
məlumatlar getsə də, hələ qərar yoxdur: "Hələ ki, əhalinin pensiya yaş həddi
qaldırılmayıb. Düzdür mətbuatda belə bir informasiyalar gedib. Amma məsələ ilə
bağlı qərar yoxdur. Ola bilər ki, müzakirələr zamanı kimsə belə bir təklif
edib. Lakin Milli Məclis tərəfindən qərar qəbul olunmayıb”.

Vahid
Əhmədov əhalinin də bu məsələdən narahat olduğunu bildirib: "Hazırda müzakirələr
gedir. Müəyyən beynəlxalq qurumlar çıxış edirlər. Amma hələlik məsələ ilə bağlı
müsbət fikir yoxdur. Qərar verilməyib”.


Qeyd edək
ki, mətbuatda növbəti əhalinin pensiya yaş həddinin artırılması ilə bağlı məlumatlar
gedib. Bu da əhali arasında ajiotaj yaradıb.

Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər