Ru
18:35 / 28 Fevral 2017

Azərbaycanda pensiya yaşı artırılır

1599
Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.


"Report"un xəbərinə görə, bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.


Layihə 98 dəyişiklikdən ibarətdir.


Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.


Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər