Azərbaycanda növbədənkənar parlament seçkiləri olacaq? - 4 deputatın mandatına xitam veriləcək

4000
Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin 4 deputatına Nazirlər Kabinetində müxtəlif yüksək vəzifələr verildiyindən, növbədənkənar parlament seçkilərinin təyin ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər hələ təyinatlara qədər də var idi. Hətta bununla bağlı MSK-da hazırlıq işlərinin başladığına dair sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Təyinatlardan sonra 4 deputatın vəzifə alması, 1-inin mandatına əvvəldən xitam verilməsi (Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün mantadına xitam verilib), Astan Şahverdiyevin isə vəfat etməsi ilə Milli Məclisdə 6 deputat kürsüsünün boşalması parlament seçkilərinin keçirilməsi məsələsini gündəmə gətirib.

Bildirilir ki, hazırda parlamentdə 6 deputat kürsüsü boşdur və hökumət növbədənkənar seçkilər təyin edə bilər. 

Məsələ ilə bağlı BakuPost-a danışan "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, vəzifə verilən 4 deputatın mandatına yaxın zamanlarda xitam veriləcək. Onun sözlərinə görə, bundan sonra parlamentdə boş qalan yerlərə yenidən seçki keçirilə bilər: "Seçki Məcəlləsinin tələblərinə görə, hökumət yalnız parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gün və ondan az qaldığı müddətdə seçkiyə gedə bilər. Bundan artıq müddət qalırsa, böş qalan yerə seçkilər keçirilməlidir. Seçkilər də o zaman keçirilir ki, ayrı-ayrı deputatların səlahiyyətlərinə xitam verilsin. Onların deputat mandatına xitam veriləndən 1 ay sonra seçkilər təyin edilə bilər. Qanunvericilik bunu deyir. 

İndiki halda deputatlardan biri vəfat edib, digərləri vəzifələrə gətirilib. Belə olan halda onların mandatlarına xitam veriləcək. Bundan 1 ay sonra isə məhz onların yerinə seçki təyin edilə bilər”.
 
Картинки по запросу əliməmməd nuriyev

Ə. Nuriyevin sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilsə də, dəqiq nəsə demək mümkün deyil:  "Növbədənkənar parlament seçkiləri tamam fərqli prosesdir. Onun yuxarıda qeyd etdiyim məsələyə bir başa aidiyyəti yoxdur. İndi Azərbaycan cəmiyyətində belə bir fikir səslənir ki, növbədənkənar parlament seçkiləri ola bilər. Bu, nəzəri baxımdan mümkündür. Praktik cəhətdən isə olacaq, ya olmayacaq  - bu məsələ ilə bağlı fikir söyləmək xeyli çətindir”.

Bəs növbədənkənar prezident seçkiləri hansı hallarda təyin edilə bilər?
 
Картинки по запросу seçki

Ə. Nuriyev həmin halları açıqlayıb: "Konstitusiyaya görə, parlament prezident tərəfindən buraxıla bilər. Bu da Milli Məclisin 94, 95, 96, 97-ci maddələrdə nəzərdə tutulan saləhiyyətlərini icra etməməsi halında baş verə bilər. Burada da bir çox hallar var. Söhbət Milli Məclisin həll etdiyi məsələlərdən, vaxtında qərarların qəbul edilməməsindən, yaxud qanunvericilik təşəbbüsünə göndərilən layihələrin qanunvericilik təşəbbüsü subyekti olmadan dəyişdirilməsindən və s. gedir. Bu və bu kimi hallar baş verərsə, parlament prezident tərəfindən buraxıla və növbədənkənar parlament seçkiləri təyin edilə bilər. 

Eyni zamanda, başqa halda da mümkündür. Bu da Milli Məclisin özü özünü buraxması halıdır. Yalnız bu şərtlər daxilində növbədənkənar parlament seçkiləri ola bilər. Digər hallar istisna edilir”. 

Nigar

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər