Ru
21:21 / 22 Yanvar 2018

Azərbaycanda məşhur qəzet fəaliyyətini dayandırdı

1275
1999-cu ildən ayda iki dəfə dərc olunan "Qoroskop” qəzeti öz fəaliyyətini dayandırıb.

 

BakuPost xəbər verir ki, bu barədə musavat.com-a qəzetin baş redaktoru Səbuhi Rəhimli məlumat verib.


O bildirib ki, metro keçidlərindən qəzet yayımının yığışdırılması və son illər çap məhsullarının oxucu sayının minimuma enməsi vəziyyəti gərginləşdirib: "Birinci devalvasiyadan sonra isə fəaliyyətimizdə ciddi problemlər yarandı. Düz 3 ildir ki, gəlirsiz çap olunuruq. 2017-ci ildə isə ən tərəfsiz mətbu orqan olan "Qoroskop”un satışı hətta mətbəəyə olan borcu da bağlamağa imkan verməyib. Bu səbəbdən də yeni ildən fəaliyyətimizi dayandırmışıq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər