Azərbaycanda maşınlardan oğurluq halları artıb - Onlardan necə qorunmalı?

692
Azərbaycanda avtomobillərdən oğurluq halları artıb. O qədər artıb ki, Daxili İşlər Nazirliyi avtomobil oğruları ilə bağlı sürücülərə müraciət də edib. Nazirlik sürücülərə ehtiyatlı olmalarını məsləhət görüb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da bu məsələyə biganə qalmayıb. 

BakuPost xəbər verir ki, ekspert belə oğrulardan qorunmaq üçün sürücülərə iki çox sadə tövsiyə verib.

"1. Avtomobilinizdə potensial oğrunun diqqətini çəkən heç nə saxlamayın. Oğurluğa meyilli adam bunu etməzdən əvvəl avtomobilə mütləq baxır. Ələ keçirilərək asan satıla və ya istifadə oluna biləcək dəyərli bir şey görsə, oğurluq etməyə çalışacaq. Ona görə də avtomobilinizdə çanta, diplomat, portfel və qiymətli görünə bilən və ya içərisində pul və ya qiymətli nəsə olması ehtimal edilən qutular, bağlamalar saxlamayın. Ən təhlükəlisi qadınların və ya kişilərin əl çantasıdır.

2. Avtomobilinizi imkan daxilində həmişə adam olan, yaxşı görünən, kameralarla nəzarət edilən, gecə vaxtı isə işıqlanan yerlərdə saxlayıb gedin. Təcrübə göstərir ki, kimsəsiz və nəzarətsiz yerdəki avtomobildə heç nə olmasa da, bəzən oğrular ona müdaxilə edib sadəcə axtarış edirlər...

Nəzərə alın ki, avtomobilinizə oğurluq məqsədilə müdaxilə sadəcə konkret pulunuzun, sənədinizin və ya başqa əşyanızın itməsi ilə nəticələnməyəcək Bunu edən oğru həm də avtomobilə ziyan vuracaq (adətən şüşələri sındırırlar, qapını zorla açaraq yararsız edirlər və s.). Bəzən avtomobilə dəyən zərər oğuralanan əşyaların dəyərindən 10 qat artıq olur”, - deyə Ə. Hüseynov vurğulayıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər