Ru
18:25 / 23 Sentyabr 2017

Azərbaycanda iki sayt bayram edir - FOTO

1671
Bu gün iki sayt yaranma gününü qeyd edir. 

 

BakuPost.az xəbər verir ki, Medianews.az saytının 5 yaşı, missiya.az-ın isə 1 yaşı olur.

 


Medianews.az saytı 2012-ci ilin sentyabr ayının 23-də fəaliyyətə başlayıb.

Bu ötən 5 il ərzində özünəməxsus oxucu kütləsi qazanan sayt hər zaman aktual məsələlərə həssas yanaşıb, izləyicilərini operativ şəkildə informasiya ilə təmin edib. 

Sayt peşə etikasına riayət etmək, əsasən ciddi problemlərlə bağlı materialı tirajlamağı ilə seçilir. 

Gündəlik 18-20 min ziyarətçisi olan saytın rəhbəri tanınmış jurnalist Ələsgər Süleymanovdur.

 



Missiya.Az informasiya portalının isə 1 yaşı tamam olur. 

Sayt bu bir il ərzində kifayət qədər geniş izləyici auditoriyası formalaşdırmağa müvəffəq olub. 


24 saat onlayn rejimdə fəaliyyət göstərən Missiya.Az-ın rusdilli versiyası da bir neçə aydır ki, oxucuların ixtiyarına verilib. 


Portalın baş redaktoru İdrak Camalbəyli bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: "Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində Missiya.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Əməkdaşlarımız Türkiyə, Rusiya mətbuatından maraqlı xəbərlər tərcümə edir. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq".


İ.Camalbəyli onu da bildirib ki, qarşıdakı müddətdə Missiya.Az öz fəaliyyətini daha da genişləndirəcək: "Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək".

Azərbaycanda iki sayt bayram edir -  FOTO
Azərbaycanda iki sayt bayram edir -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər