Ru
14:50 / 17 Fevral 2018

Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir

2935

Azərbaycanda şirkətlərə "halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.


 

BakuPost xəbər verir ki, bu barədə Foodinfo.az-a Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib:


"Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır. Sahibkarlar "halal” sertifikatı hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən veriləcək”, – deyə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.


Qeyd edək ki, hazırda şikətlərə "halal” sertifikatını "AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.


Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Agentliyin sədri Qoşqar Təhməzlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər