Ru
21:35 / 22 Sentyabr 2018

Azərbaycanda güclü yanğın 196 ağacı məhv etdi

2166
Beyləqan rayonunda avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində yanğın olub. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, rayonun Dünyamalılar kəndi ərazisində baş vermiş hadisə nəticəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağac yanıb. 


9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Faktla bağlı akt tərtib edilib və təbiətə 39200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.


Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon Polis Şöbəsinə göndərilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər