Ru
12:48 / 17 Avqust 2017

- Arvadını döyən kişinin qulağını kəsdilər Azərbaycanda dəhşətli olay

1538
Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.


”Report” xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib. 


Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər. 


Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər