Ru
20:01 / 25 May 2018

Azərbaycanda daha bir özəl xəstəxana satıldı

3450
"Grand hospital”dan sonra Azərbaycanda daha bir özəl xəstəxana satılıb. 


BakuPost Medicina.az-a istinadən xəbər verir ki, söhbət məşhur "Medilux” klinikasından gedir. Klinika Azərbaycanda son dövrlərin ən məşhur xəstəxanasından olan "Baku Medical Plaza”ya satılıb. Şəbəkə formasında fəaliyyət göstərən "Baku Medical Plaza” "Medilux”un Kral Hüseyn küçəsində yerləşən binasının üzərinə öz loqosunu vurub.

 

1 ay əvvəl təmir işlərinə başlanılan binanın üzərinə xəstəxananın öz loqosu vurulsa da, aşağı hissəsində "Medilux” sözü saxlanılıb. Klinikalar şəbəkəsinin saytında da xəstəxananın "Medilux” şöbəsi kimi qeyd edilib. 


Xəstəxanada təcili yardım şöbəsi də açılıb və orada da təmir işləri yekunlaşmaq üzrədir. 


"Baku Medical Plaza”nın "Medilux”un köhnə həkim heyətini ixtisar etmədiyi də daxil olan məlumatlar sırasındadır. Hətta xəstəxananın üzərinə "Medilux”un məşhur cərrahı Dilqəm Məhərrəmovun da şəkli vurulub.


Məsələ ilə bağlı xəstəxanadan açıqlama almaq mümkün olmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər