Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.
BakuPost xəbər verir ki, bu barədə Report-a açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
O bildirib ki, bu qərar Bakı İslam Universitetinə əvvəlki illlərdə qəbul olanlara şamil edilmir: "Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər".
R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini isə orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.
* * *
Bakı İslam Universiteti fəaliyyətini dayandırır.
BakuPost xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib: "Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb".