Ru
16:44 / 01 Mart 2018

Azərbaycanda bu müəllim dərsə helikopterlə gedir - FOTOLAR

9280
Xəzər dənizində yerləşən Çilov adasında dərs deyən müəllim Səmədova Aysel Camo qızı məktəbə vertolyotla gedir.


BakuPost xəbər verir ki, bu barədə AzEdu.az saytı məlumat yayıb. Saytın yazdığına görə, müəllim Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşən adadakı məktəbə bəzən isə gəmi ilə getməli olur. 


A.Səmədova adadakı 131 saylı orta məktəbdə ingilis dili fənnini tədris edir. O deyir ki, məktəbə ilk dəfə gedəndə onun burada uzun müddət işləməyəcəyini düşünürmüşlər:


"Sumqayıt şəhərində yaşayıram. Sumqayıt şəhər Həzi Asanov adına 22 saylı tam orta məktəbinin məzunuyam. 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi üzrə təhsil almışam. 2015-ci ildə müəllimlərin işə qəbul imtahanında 47 bal topladım. Ada məktəbində vakant yer olduğunu öyrənib, sənədlərimi Təhsil Nazirliyinə yolladım. Lazımı qədər bal yığdığım üçün məni vakant yerə müddətli müqavilə ilə işə dəvət etdilər. Adaya ilk dəfə getdiyim gün mənim üçün çox həyəcanlı gün idi. Heç vaxt evdən ayrı qalmamış biri üçün tanımadığı bir yerə, özü də dənizin ortasına getməsi çox həyəcanverici idi. İlk səfərim gəmi ilə olmuşdu. Sumqayıtdan gəmiyə qədər dördsaatlıq yol gəlmişdim. Sonra iki saat yarım da gəmi ilə getdim. Özü də küləkli havada... Düzü, inanmırdılar ki, burada çox qalıb işləyə bilərəm. Ən azı, gəliş-gedişə görə belə düşünürdülər. Elə ilk dəfədən hiss etdim ki, bura əsl mənim müəllim kimi işləmək istədiyim yerdir. İnsanların, müəllim kollektivi və  şagirdlərin mehriban, xoş qarşılamağı məni daha da ruhlandırdı”.


A.Səmədova əlavə edib ki, Çilov adasında işləməyin ən çətin problemi gediş-gəlişin xeyli mürəkkəb olmasıdır: "Xeyli problemlərlə müşayiət olunur. Havalar əlverişsiz olanda, külək şiddətlənəndə dənizdə qasırğa olduğu üçün gəmilərin hərəkəti məhdudlaşdırılır. Bu zaman biz adaya helikopterlə gəlirik.

Helikopterin hərəkəti məhdud olduğu üçün onunla gəlməyimiz də çətin olur. Belə hallarda direktorumuz Rafail müəllim "28 May” NQÇİ rəhbərliyinə müraciət edib müəllimlərin heliopterlə gediş-gəlişinə razılıq alır”.


İngilis dili müəllimi ilk vertolyot səyahətindən də danışıb: "Mən əvvəllər nə gəmi, nə də helikopterlə səyahət etmişdim. Sözün düzü, ilk vaxtlar qorxurdum da. Ağlıma gəlirdi ki, dənizdir, birdən nəsə hadisə baş versə, nə edəcəyimi bilməyəcəyəm. Sonra bütün bunlar mənim üçün tədricən adi hal almağa başladı. Helikopterə minmək mənim üçün həm həyəcanlı, həm də əyləncəlidir. Dənizin üzəri ilə uçmaq, yuxarıdan onun möhtəşəm mənzərəsini seyr etmək çox gözəl bir hissdir. Həm də hava yolu ilə gəlmək vaxt baxımından da əlverişlidir. Helikopterlə 15-20 dəqiqəyə gəldiyim yolu, gəmi ilə 2-2,5 saata başa vururuq”.


A.Səmədova Çilov əhalisindən və tədris prosesindən də danışıb. Onun müsahibəsinin davamını aşağıdakı linkdən oxuya bilərsiniz:


Bakıda dərsə vertolyotla gedən müəllim: Gənc xanımın heyrətamiz həyatı - FOTOLAR

 

28511896_1656248941079226_1098496403_n_1.jpg

28511676_1656249001079220_918008436_n.jpg

28511952_1656248961079224_1973565962_n.jpg

28511475_1656248991079221_1392550066_n.jpg

28535942_1656248977745889_1021851162_n.jpg
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər