Azərbaycanda banka yeni sədr təyin edildi

"Bank BTB” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

"Report” xəbər verir ki, bu vəzifəyə Emil Rzayev gətirilib.

O, yeni vəzifəsində Samiq Qocayevi əvəz edib. S.Qocayev isə Bankın Müşahidə Şurasının (MŞ) üzvü seçilib. O, MŞ-da Asim Salamovu əvəz edib. 
 
Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

20 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər