Ru
15:07 / 20 Sentyabr 2017

Azərbaycanda at uşağın cinsiyyət orqanını qopardı - FOTO

4061
Azərbaycanda rayonlardan birində 13 yaşlı oğlan uşağını at dişləyib.

 

BakuPost.az xəbər verir ki, bu barədə Medicina.az-a Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinin cərrahı Fuad Hüseynov məlumat verib. O bildirib ki, at uşağın cinsiyyət orqanını demək olar ki, qoparıb. Həkim ailənin istəyi ilə pasiyentinin ad və soyadını, hansı rayondan olduğunu anonim saxlasa da, qeyd edib ki, xəsarət alan uşaq hadisədən sonra rayonda xəstəxanaya çatdırılıb. Onun xayasından bir neçə tikiş atıldıqdan sonra, uşağı təcili Bakıya göndəriblər. Ailə paytaxt xəstəxanalarından bir neçəsində uroloq-cərrahlara müraciət edib, lakin gərəkli müdaxilə edilməyib. Hadisədən 16 saat keçdikdən sonra 13 yaşlı oğlan Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinə gətirilib.

 

F. Hüseynovun sözlərinə görə, vaxtında müdaxilə edilmədiyindən, uşağın cinsiyyət orqanında ciddi əyilmə, göyərmə və şişkinlik yaranıb, nekroz başlayıb: "Sidik kanalı zədələndiyindən sidiyə gedə bilmirdi. Riskli əməliyyat idi. Bütün risklər valideynlərə başa salındı. Təcili əməliyyata alınan uşağın zədələnmiş sidik kanalı bərpa olundu, ereksiyaya cavabdeh olan kavernalar yuyuldu, bərpa olundu, xaya düzgün tikildi və kateter qoyuldu. Antibiotik müalicə başlanıldı. 1 həftədən sonra uşaq normal sidiyə getməyə başladı. Əməliyyatı mənimlə birlikdə uşaq urologiyası uzmanları Allahverdi Musayev icra edirdi”. 


Uroloq-cərrah bildirib ki, tibdə bu patologiya penul fraktür adlanır: "Bu vaxt ereksiyaya cavabdeh olan kavernalarda zədələnmə olur. Amma bu dəfə nadir görülən hallardan biri sidik kanalının zədələnməsi idi. Ona görə əməliyyat çətin hesab oluna bilər. Hazırda uşağın vəziyyəti yaxşıdır. Cinsiyyət orqanında xarici heç bir qüsur qalmayıb, sidiyə getmə və ereksiyasında da problem yoxdur. Bu, ilk fakt deyil. Analoji hal bir neçə il əvvəl də olmuşdu. Uşağın cinsiyyət orqanından it dişləmişdi. Onu da əməliyyat etmişdik. İndi böyük oğlandır”. 


Xatırladaq ki, analoji hal 2014-cü ildə Biləsuvar rayonunda olmuşdu. İt 2004-cü il təvəllüdlü Fərid Ağakişiyevin cinsiyyət orqanını qoparmışdı.

 



 

 

Şərhlər
  • Hakim Huseynov

    2012 ildə Əsgərliyə getmişəm beyləqanda 181 Nömrəli Hərbi Hissənin 2 Taborundə Xidmət etmişəm 2013 oktiyabirda təxris olunmuşam 052 yədə. Getmişəm kursa Xahiş edirəm məni Hərbiyə qəbul edəsiz Ən Böyük arzumdur Hərbiçi Olmaq Tel 050-710-97-07

  • Nəcəfli kənan

    Salam mən ordu siralarina yeniden geri dönmək istəyirəm yaşim 30 var mən özüm maxe kimi işdəmişəm sizdən xayiş eliyirəm mən döyüş bölgəsində işdəmək isdəyirəm imkanim yoxdu sənətləri yiğmağa mən hərbidə maxe kimi işdəmişəm vəzifəm.tuşlayici apertor olmuşam0559084925

  • Asəf xangəldiyev əsabəli oglu

    Hərbiyə qəbul

  • Asəf xangəldiyev əsabəli oglu

    Lerik rayonu Pirasora kəndi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər