Azərbaycanda 3 metrlik nəhəng ilan yaşayış evinə girdi - Qorxulu anlar yaşatdı / FOTO

1436
Cəlilabad rayonunda uzunluğu 3 metrdən çox olan ilan öldürülüb.

BakuPost İnterpress.az-a istinadən xəbər verir ki, rayonun Alar kəndində Qiyasov Faiq İsmayıl oğluna məxsus yaşayış evinin yerləşdiyi həyətdə növü hələ ki, bəlli olmayan ilan aşkarlanıb.

Uzunluğu 3 metrdən böyük olan zəhərli ilan ev sahibi tərəfindən öldürülərək zərərsizləşdirilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibinin ailəsində qorxulu anlar yaşanıb.

İlkin məlumata görə, ilan rayonun Alar kəndinin çöllük ərazilərindən yaşayış olan tərəfə gəlib. Məlumatda uzunluğu 3 metr 10 santimetr, eni 30 santimetr olan nəhəng ilan növünün çəkisinin 10 kiloqrama yaxın olduğu bildirilir.

Cəlilabadda qorxulu olay - Nəhəng ilan vətəndaşın həyətinə soxuldu - FOTO
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər