Ru
18:00 / 20 İyun 2018

“Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır” - Rövşən Rzayev

2088
Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.


BakuPost Trend-ə istinadən xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.


R.Rzayev bildirib ki, qaçqın və məcburi köçkünlərin təhsil və məşğulluğu Azərbaycan hökumətinin fəaliyyətində əsas istiqamətlərdən biridir. O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər bundan sonra da davam etdiriləcək.


Komitə sədri vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır:


"İnanıram ki, biz haqq səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin öz torpaqlarına qayıdış ümidini artırıb".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər