Azərbaycana ət idxalı kəskin artıb

Azərbaycan ət idxalını kəskin artırıb.

BakuPost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlarda qeyd olunub. Belə ki, 2017-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə statistik dəyəri 42 mln. 979,26 min dollar olan 28 min 249,77 ton ət idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 min 329,58 ton və ya 66,96% çoxdur.

Məbləğ baxımından isə illik artım 22 mln. 603,53 min dollar və ya 2,11 dəfə olub.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycana 20 mln. 375,73 dollar dəyərində 16 min 920,19 ton ət idxal edilib.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər