Ru
11:01 / 25 Sentyabr 2018

Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ÖLKƏ ARASINDA

3268
Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə arasındadır.


BakuPost xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfransda deyib.


Deputat bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.


Komitə sədri vurğulayıb ki, ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub:


E.İbrahimov vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi bu işlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, eləcə də digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər