Ru
21:20 / 09 Dekabr 2016

Azərbaycan vətəndaşlığı məsələlərinə baxılması ilə bağlı Əsasnamədə - Dəyişikliklər

654
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.


BakiPost.az-ın məlumatına görə, Əsasnamənin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:


- səkkizinci abzasa "vəsiqəsinin” sözündən sonra "və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin” sözləri əlavə edilir;


- doqquzuncu abzas aşağıdakı redaksiyada verilir:

"pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla);”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər