Ru
12:02 / 23 Yanvar 2017

Azərbaycan turistlər üçün ən cəlbedici ölkələr siyahısında - "Huffington Post" nəşri

1019


Azərbaycan ABŞ-ın "Huffington
Post" nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların
reytinqinə daxil olub.

Mədəniyyət və Turizm Nazirliyindən
BakıPost.az-a verilən məlumata görə, nəşr Xəzər dənizinin sahilində, İran və
Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı "əl dəyilməyən
yer" adlandırıb.

"Huffington Post" Azərbaycana
səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi YUNESKO-nun Dünya
İrsi siyahısına düşən İçərişəhərə getməklə başlamağı məsləhət görüb.

Eyni zamanda nəşr bu gün Bakının qədim
memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin
qalalarını özündə cəmləşdirdiyini qeyd edib.

Nəşr Hökumət Evinin Azərbaycan
paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğunu vurğulayıb:
"Bakıda həmçinin xeyli sayda muzey, teatr, kitabxana, opera var".

"Huffington Post" nəşri məşhur
Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan
turistlər üçün buranın ideal məkan olacağını bildirib.

Nəşrin məlumatına görə, 2017-ci ildə
turistlər üçün digər maraqlı məkanlar Cənubi Koreya, Mavritaniya, Qazaxıstan,
Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.


Sevinc

BakıPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər