Ru
12:54 / 23 İyun 2018

Azərbaycan-Rusiya sərhədində yeni gömrük-keçid məntəqəsi tikiləcək

1994
"Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək". 


BakuPost Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.


O bildirib ki, yeni gömrük-keçid məntəqəsi Rusiya ilə sərhəddə tikiləcək: "Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".


Komitə rəsmisi qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər