Ru
13:29 / 24 İyun 2017

Azərbaycan Qran Prisiylə bağlı - Maraqlı rəqəmlər

614
Formula 1 üzrə Azərbaycan Qran Prisinin startı ərəfəsində bəzi statistik məlumatlar açıqlanıb. 


BakuPost.az Bakı Şəhər Halqasının rəsmi saytının yayımladığı statistikanı təqdim edir:


Sürücülər


Sebastian Fettel 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.


Daniel Rikkardo 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə sahib olacaq.


Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.


Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.


Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.


Maks Ferstappen yarışı 9-cu yerdə başa vursa, F1 yarışında 300-cü xalını qazanacaq.


Karlos Sayns yarışı 4-cü yerdə başa vursa, F1 yarışında 100-cü xalını qazanacaq.


Valtteri Bottas 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.


Azərbaycan Qran Prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran Pri yarışıdır.


Komandalar


"Williams” 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.


"Haas” 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.


Ölkələr


Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.


Daniil Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı qazanacaqlar.


Sebastyan Fettel, Niko Hulkenberq və ya Paskal Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.


Karlos Saynz və ya Fernando Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.


Roman Qrojan və ya Esteban Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni yazacaqlar.


Daniel Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər