Ru
09:55 / 22 Fevral 2017

Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub - FOTOLAR

1075
İyulun 11-i "Global Diplomatic Forum”-un təşkil etdiyi böyük qlobal forum İngiltərənin London şəhərində öz işinə başlayıb, forum 5 gün davam edib.

 

Forumda dünyanın 44 ölkəsindən gənclərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.


Londonda keçirilən "Global Diplomatic Forum”un Azərbaycan təmsilçisi Azərbaycan Respublikasının İlk Elektron Ensiklopediyasının yaradıcısı (azens.az) Jalə Orucovanın sözlərinə görə "dünya ölkələrinin bir sıra qlobal mövzularına toxunulub, o cümlədən də Azərbaycan mövzusuna. Azərbaycanda keçirilən Qran-Pri, Bakı Olimpiya Oyunları və Eurovision isə dillər əzbəridir. Forumda Azərbaycanı iki nəfər təmsil edir: mən və Ləman Əliyeva”.


Forumda Lord Hanney – Birləşmiş Millətlər Təşkilatının keçmiş səfiri, Lord Palatasının üzvü; Korneli Bjola - Oksford Universitetinin diplomatik araşdırmalar üzrə proffessoru; Rebeka Valton – AB Region direktoru, Britaniya Konsulluğu; Endryu Rosindell – Xarici İşlər seçki komitəsinin üzvü; İvan Grdešić – Xorvatiyanın Londondakı səfiri; Dominik Furgler – İsveçrənin Londondakı səfiri; Nabel Gooher – Strateji planlaşdırma və qiymətləndirmə şöbəsinin direktoru; BBC və Sky News telekanallarının rəhbəri və s. kimi nüfuzlu şəxslər iştirak etmişlər. 


Forumun sonunda layihədə iştirak edən bir sıra şəxslər və Azərbaycan nümayəndəliyi Xüsusi Diplomla təltif edilmiş, onların şərəfinə Britaniya Parlamentinin Uinston Çörçill nahar otağında məclis təşkil edilmişdir.

 

 

Bakı Post
Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub -  FOTOLAR
Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub -  FOTOLAR
Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub -  FOTOLAR
Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub -  FOTOLAR
Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub -  FOTOLAR
Azərbaycan Qlobal Diplomatik Forumda təmsil olunub -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər