Ru
19:49 / 19 Yanvar 2017

Azərbaycan QHT-lərindən AŞ PA prezidentinə - Müraciət

1333
Azərbaycan QHT-ləri AŞ PA prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb.


BakiPost.az-ın məlumatına görə, müraciətdə deyilir:


"Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasının vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, AŞ PA-nın yanvar sessiyası ərəfəsində sizlərə müraciət etmək qərarına gəldik. Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək nailiyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin Ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüquq sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altnda müsbət istiqamətdə dəyişməsinin şahidiyik. Ümid edirik ki, Avropa Şurası təsisatları ilə, o cümlədən AŞ PA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcəkdir.


Bununla belə, xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcə də digər Ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir.


Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik. AŞ PA-nın yanvar sesssiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞ PA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox həmkarlarımızın ümumiyyətlə mətn barədə məlumatı olmamışdır.


Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞ PA belə qəraəzli münasibtlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcəkdir.

Biz Azərbaycanın Avropa təsistları ilə, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxlaq qurumun tamhüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.


Azərbaycan Respublikasının ərazilərinin 20%-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvəllər ölkənin beynəlxalq təsisatlarda mövqeyini zəiflətmək xətti götürmüşdür. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirkin kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan və Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkirli fəaliyyəti hesab edirik".


Qeyd edək ki, müraciəti 96 QHT rəhbəri imzalayıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər