Ru
10:06 / 22 İyun 2018

“Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşayır” - GENERAL

2401
"Ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində müəyyənləşdirilmiş siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni reallıqlara və imkanlara uyğun olaraq yaradıcı şəkildə həyata keçirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə daha yeni bir səviyyəyə qaldırıb".


 

BakuPost Report-a istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev deyib. 


O bildirib ki, Azərbaycan Prezidentinin gündəlik qayğısı nəticəsində son illər ərzində ordunun texniki təchizatında çox güclü bir sıçrayış olub, ordunun maddi-texniki təminatı ən yüksək səviyyədə həll edilib: "Hərbi büdcənin ildən-ilə yaxşılaşdırılması ordunun infrastrukturunun, yeni-yeni təlim mərkəzlərinin, hərbi şəhərciklərin, sosial obyektlərin yaradılmasına imkan verib". 


H.Piriyev vurğulayıb ki, döyüş hazırlığı planlarının daim təkmilləşdirilməsi, bu prosesdə dünya təcrübəsinə diqqətin artırılması, ardıcıllığın saxlanması Azərbaycan Ordusunun döyüş qabiliyyətini də xeyli artırıb: "Qeyd edildiyi kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna respublika rəhbərliyinin gündəlik diqqətinin və qayğısının nəticəsidir.


Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yeni və daha yüksək səviyyəyə qalxmasını ordu hissələrinin 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısının alınmasında göstərdiyi nəticələr də bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu nəticələri yüksək qiymətləndirib və onları Azərbaycan Ordusunun tarixində parlaq səhifə kimi dəyərləndirib.


Bu gün Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Şübhə etmirik ki, Cümhuriyyət ordusunun ən yaxşı ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş Azərbaycan Ordusu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər