Ru
23:59 / 25 Sentyabr 2018

Azərbaycan neftinin qiyməti 82 dolları keçdi

2770
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 82,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,85 dollar/barel çoxdur.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 81,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də 78,73 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 24-də 80,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,11 dollar/barel çoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər