Ru
00:31 / 18 İyul 2018

Azərbaycan nefti 3 dollar ucuzlaşıb

1605
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 73,79 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 3,06 dollar dollar/barel azdır. BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 72,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,04 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 16-da 69,09 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,52 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 16-da 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,1 dollar/barel azdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər