Ru
11:17 / 17 Oktyabr 2018

“Azərbaycan müstəqil xarici siyasət yürüdür” - XİN rəhbəri

1643
"Şərq Tərəfdaşlığı" ölkələrinin bəziləri müstəqil xarici siyasət yürüdür və bərabərhüquqlu strateji razılaşmalara ümid edir. Əlbəttə, Azərbaycan da onların sırasındadır".


BakuPost-un "Report"-a istinadən məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vurğulayıb ki, bu ölkələri Avropa İttifaqı ilə ümumi dəyərlər birləşdirir.


"Bütün bu ölkələr ("Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları - red.) özlərini Avropanın bir hissəsi hesab etdiklərindən Avropa İttifaqı ilə əlaqələr qurmaq istəyir. Onların hər biri bu məsələyə fərqli yanaşır. Onların bəziləri digər bloklara, məsələn, KTMT və Avrasiya İqtisadi Birliyinə daxildir, bəzi ölkələr isə müstəqil xarici siyasətini yürüdür", - o bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər