Azərbaycan mötəbər quruma üzv seçildi

930
 
Azərbaycam Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarə Heyəti Şurasına üzv seçilib.

BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin bir günlük iclasının yekununda məlumat verilib.

Qeyd olunub ki, Şuraya 11 ölkə üzv seçilib ki, onlardan biri də Azərbaycandır. 

2018-2019-cu illər üçün İdarə Heyəti Şurasına Argentina, Azərbaycan, Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Çin, Ekvador, Misir, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, İordaniya, Keniya, Koreya Respublikası, Mərakeş, Niderland, Niger, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Serbiya, Cənubi Afrika, Sudan, İsveç, Tailand, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Uruqvay, Ermənistan və Venesuela daxil olacaq.

İclasda IAEA-nın İdarə Heyəti Şurası İordaniyanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Lina əl-Hədid 2018-2019-cu illər üzrə İdarə Heyəti Şurasına sədr seçib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər