Ru
15:31 / 23 Fevral 2017

Azərbaycan Küveytə maliyyə yardımı edəcək? - Açıqlama

1545


Gənclər və İdman Nazirliyi İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Azərbaycanın Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 


BakiPost.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında bildirib ki, bəzi media orqanlarında yayılan xəbər yanlışdır: "Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, idman qurumları tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.


Qeyd edək ki, Bakıda keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün 53 ölkə rəsmi qeydiyyatdan keçib.

 

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər