Ru
13:42 / 23 Yanvar 2017

“Azərbaycan İrana kömək təklif edib” - Səfir

731
"Azərbaycan Tehranda binada baş verən yanğınla əlaqədar İrana kömək təklif edib”.

  

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.


O bildirib ki, bununla əlaqədar Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ona yardım təklif edib: "Mən bu təklifi İran tərəfinə çatdırdım. Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm ki, həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək".

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər